RUSİYA

Sankt-Peterburq Forumuna hansı liderlər qatılacaq? Peskovdan maraqlı açıqlama

Rusiya Prezidentinin mətbuat katibi deyib ki, Amerika səfirlərinə daha çox əziyyət verməmək üçün iştirakçı siyahısını indidən açıqlamaq istəmir.
Sputnik
BAKI, 12 iyun - Sputnik. Bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (PBİF) daha əvvəl iştirakını təsdiq edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən başqa digər xarici liderlər də gələcək.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib. Lakin o, konkret adları açıqlamayıb.
"Bəli, prezident Tokayev iştirak edəcəyini söylədi və biz qazaxıstanlı dostlarımıza, tərəfdaşlarımıza və müttəfiqlərimizə bu iştiraka görə çox minnətdarıq", - Peskov bildirib.
Hər hansı digər xarici ölkə liderlərinin iştirakını təsdiq edib-etməməsi barədə sualı cavablandırarkən Peskov bildirib ki, onlar da sözügedən tədbirə qatılacaqlar.
Dövlət başçısının mətbuat katibi, prezident Putinin forumda bir sıra xarici liderlə təmaslarının planlaşdırıldığını da deyib. Lakin yüksək səviyyətli qonaqların siyahısını əvvəlcədən açıqlamayıb.
"Amerika səfirlərinə daha çox əziyyət verməmək üçün indi heç nə elan etməyəcəyəm", - deyə o, ABŞ-ın dünya üzrə diplomatik nümayəndəliklərinin rəhbərlərinin boş oturmadığını və digər dövlətlərin rəhbərliyinə təzyiq göstərdiyini bildirib.
"Biz çox, çox maraqlı plenar iclas gözləyirik", - Peskov fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.