BAKI, 12 iyun — Sputnik. Hazırda tikntisi davam etdirilən Ağdam 1 saylı tam orta məktəbin binasının inşasına ötən ilin dekabr ayında başlanılıb. İki hektar ərazidə tikilən üçmərtəbəli məktəb binası, üç blokdan ibarət olacaq. Məktəb binasında sinif otaqları ilə yanaşı laboratoriya, fənn kabinələri, akt zalı, o cümlədən muzey və xidməti otaqlar da fəaliyyət göstərəcək.
Amma nəzərdə tutulan infrastruktur bununla bitmir. Tikinti prossesini həyata keçirən tikintinin sahə rəisi Samir Pirmətov bildirib ki, yeni inşa olunan məktəbin həyətində futbol və basketbol meydançaları, nasosxana, qazanxana binaları da inşa olunacaq:
İşğaldan azad edilmiş Ağdam şəhərində məktəbin tikintisi
© Sputnik / Emin Alisahib
"Məktəb binası 960 şagird üçün nəzərdə tutulub. Burada 40 sinif otağı, laboratoriya otaqları, fənn kabinələri, informatika kabinələri, akt zalı, yeməkxana, kitabxana fəaliyyət göstərəcək".
O cümlədən binanın su təminatı ilə bağlı məsələlər də nəzərə alınıb. Bunun üçün məktəb binasının həyətində içməli və yanğın su hovuzları, çirkab su anbarı inşa ediləcək.
Samir Pirmətov deyib ki, hazırda məktəb binasının ikinci və üçüncü mərtəbələrinin dəmir-beton işləri həyata keçirilir. Birinci mərtəbədə isə artıq hörgü işlərinə startverilib.
İşğaldan azad edilmiş Ağdam şəhərində məktəbin tikintisi
© Sputnik / Emin Alisahib
Məktəb binası ən müasir havalandırma-işıqlandırma avadanlıqları ilə təchiz olunacaq.
Yeni inşa olunan məktəb binası istilik, elektrik və müşahidə sistemləri ilə təmin ediləcək.
Ağdamda inşa olunan məktəb binasının tikintisinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.