RUSİYA

Patriarx Rusiya ilə Ukrayna arasında ziddiyyətlərin aradan qaldırılacağına ümidvardır

Rus Pravoslav Kilsəsinin rəhbəri Donbasda serebral iflicli uşaqlara dəstək məqsədilə vəsait toplamaq üçün keçirilən xeyriyyə basketbol matçının iştirakçılarını salamlayıb.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Moskvanın və bütün Rusiyanın patriarxı Kiril Donbasda serebral iflicli uşaqlara dəstək məqsədilə vəsait toplamaq üçün keçirilən xeyriyyə basketbol matçının iştirakçılarını salamlayıb. Bu barədə TASS şənbə günü Rus Pravoslav Kilsəsi rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Patriarx çıxışında Rusiya ilə Ukrayna arasında ziddiyyətlərin aradan qaldırılmasına ümid etdiyini bildirib.
"Mən xüsusilə "Donetsk və Luqansk xalq respublikaları"nın burada iştirak edən uşaqlarına müraciət edirəm. Sevindirici haldır ki, bu qədər qayğıkeş insanlar birləşərək xeyirxah iş görüblər, məqsədi serebral iflicdənəziyyət çəkənlərə dəstək üçün vəsait toplamaqdır", - deyə patriarx bildirib.
Kilsə rəhbəri həmçinin əlavə edib ki, gənc nəslə, onların tərbiyəsi və mənəvi-əxlaqi durumuna qayğı göstərmək hazırda dövlətin, kilsənin və cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdəndir:

“Ümidvaram ki, Rusiya və Ukrayna xalqlarınınTanrı tərəfindən bəxş edilmiş və tarixi knyaz Vladimir tərəfindən Rusiyanın Vəftiz olunduğu dövrlərə gedib çıxan, çoxəsrlik birliyi bütün parçalanmaları, yaranan ziddiyyətləri aradan qaldırmağa və Yer üzündə davamlı və ədalətli sülhün bərqərar olmasına kömək edəcək", - deyə patriarx əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.