FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Formula 1" Azərbaycan Qran Prisinin təsnifat mərhələsi

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin start cədvəlində ilk iki cərgəni təsnifat nəticələrinə əsasən iki komandanın Red Bull və Ferrari pilotları tutublar.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günündə üç sessiya baş tutub ki, onların da əsas hissəsi “kral yarışları” üçün təsnifat mərhələsinin keçirildiyi axşam baş tutub.
Kvalifikasiyanın nəticələrinə görə, start şəbəkəsinin ilk iki cərgəsini cari mövsümdə dünya çempionatında qələbə uğrunda mübarizə aparan Red Bull və Ferrari komandalarının təmsilçiləri tutublar.
Nəticədə “Ferrari” komandasının pilotu Çarlz Lekler Bakı vəsiqəsini qazanıb və onunla ilk cərgədən Azərbaycan Qran Prisinin ötənilki qalibi Red Bull-dan Serxio Peres start götürəcək.
Qrupun ikinci cərgəsində hazırkı dünya çempionu və cari mövsümün ümumi lideri Red Bull-dan Maks Verstappen, onun yanında Ferrari-dən Karlos Sayns olacaq.
Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışı bazar günü, iyunun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1 / 20

Son cəhddə Lekler rəqiblərinə heç bir şans buraxmadı. Şarlın ardıcıl dördüncü poulu!

2 / 20

Bununla belə, Bakıda başlanğıcda kifayət qədər uzun bir sıçrayış var - hər şey ola bilər.

3 / 20

Birbaşa arxada iki Red Bull var. Peres isə Maksı qabaqlayır. Sains isə sessiyanın sonunda öz çevrəsində uğursuz oldu.

4 / 20

Qalanların içində ən yaxşısı layiqincə Russel oldu.

5 / 20

İlk 10-luğa iki "McLaren", iki "Alfa Romeo" və onlara qoşulan Okcon da keçə bilməyib.

6 / 20

Ancaq iki "Alfa Tauri" daha da irəli gedir!

7 / 20

İki "Mercedes" də onlar kimi. Üstəlik də Alonso və Fettel.

8 / 20

Stroll yenə də qutulara çata bilmədi, yenidən divara çırpıldı - və bu dəfə nəticələr daha ciddi idi! Bolidin ön qanadı və asmanın fraqmentləri trasa səpələnmişdi.

9 / 20

2022 Azərbaycan Qran Prisində azarkeşlər.

10 / 20

Birinci seqmentin sonu tam hüquqlu sprintə çevrildi!

11 / 20

2022 Azərbaycan Qran Prisində azarkeşlər.

12 / 20

2022-ci il Azərbaycan Qran Prisində.

13 / 20

Formula 1 pilotu 2022 Azərbaycan Qran Prisində.

14 / 20

Yarış zamanı trasda bolid.

15 / 20
Azərbaycan Qran-prisi: İkinci gün.
16 / 20

Lewis Hamilton avtoqraf imzalayır.

17 / 20
Azərbaycan Qran-prisi: İkinci gün.
18 / 20
Azərbaycan Qran-prisi: İkinci gün.
19 / 20
Azərbaycan Qran-prisi: İkinci gün.
20 / 20
Azərbaycan Qran-prisi: İkinci gün.
Formula 1 Azərbaycan Qran Prisi 2019-cu ildən bəri ilk dəfə tamaşaçıların iştirakı ilə keçiriləcək.
Ötən il Bakı mərhələsi koronavirus pandemiyası üzündən boş tribunalarla keçirilib, 2020-ci ildə isə eyni səbəbdən Qran Pri ümumiyyətlə baş tutmayıb.
Aşağıdakı pilotlar “kral yarışları”nın Bakı mərhələsinin qalibi olublar: Niko Rosberq (2016, Mercedes), Daniel Rikkardo (2017, Red Bull), Lyuis Həmilton (2018, Mercedes), Valtteri Bottas (2019, Mercedes), Serxio Peres (2021, Red Bull).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.