PAYTAXT XƏBƏRLƏRİ

Dünyanın məşhur blogerləri Bakıda

Sabah yekunlaşacaq “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün dünyanın bir çox ölkələrindən tanınmış blogerlər Bakıya gəliblər.
Sputnik
Bakı, 11 iyun — Sputnik. “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün dünyanın bir çox ölkələrindən tanınmış blogerlər Bakıya gəliblər. Onlardan biri də Amerika Birləşmiş Ştatlarından (San Fransisko) gələn, 509 min izləyicisi olan Alidir.
O, profilinin hekayə bölməsində Bakının turistlik məkanları ilə bağlı paylaşım edib. Eyni zamanda Ali və onunla birlikdə gələn digər dünyada tanınmış blogerlər “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi məkana baş çəkib, oradan foto və videolar paylaşıblar. Bu paylaşımlar izləyicilərin diqqətini çəkib.
Amerika Birləşmiş Ştatlarından (San-Fransisko) gələn, 1,9 milyon izləyicisi olan daha bir bloger Sadafdır. O, “Formula-1”in keçirildiyi məkandan foto paylaşıb. Sadaf eyni zamanda profilinin hekayə bölməsində də İçərişəhərdən, Şirvanşahlar sarayından, Dənizkənarı Milli Parkdan - turistlik məkanlarla bağlı paylaşım edib.
Həmçinin, o, Azərbaycan milli mətbəxinin təamlarını dadıb və onlarla bağlı müsbət münasibət bildirib. Daha sonra, Sadaf və onunla birlikdə gələn digər dünyada tanınmış blogerlər “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi məkana baş çəkib, oradan foto və videolar paylaşıblar. Bu paylaşımlar izləyicilərin diqqətini çəkib.
Xatırladaq ki, məşhur türk ifaçı Edis Görgülü də yarışla bağlı paylaşım edib. Müğənni öz bloqunda Azərbaycanda keçirilən "Formula 1"də Türkiyəni təmsil edən Cem Bölükbaşına dəstək olub.
Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.