RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Donbas və Ukraynanın təhlükəli bölgələrindən bir gündə 7,5 mindən çox insan təxliyə edilib

Mizintsevin sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 1 milyon 780 min 515 nəfər təxliyə edilib ki, onlardan 286 min 43 nəfəri uşaqdır.
Sputnik
BAKI, 11 iyun - Sputnik. Ukrayna tərəfinin yaratdığı çətinliklərə baxmayaraq, 7,5 mindən çox insan Ukraynanın təhlükəli bölgələrini və Donbas respublikalarını tərk edib. TASSöın məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev bildirib.
“Rəsmi Kiyevin yaratdığı bütün çətinliklərə baxmayaraq, son 24 saat ərzində Ukrayna hakimiyyətinin iştirakı olmadan Ukraynanın təhlükəli bölgələrindən və Donbasdan 7594 nəfər, o cümlədən 1346 uşaq Rusiya Federasiyasının ərazisinə təxliyə edilib", - deyə o bildirib.
Mixail Mizintsev
Generalın sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 1 milyon 780 min 515 nəfər təxliyə edilib, onlardan 286 min 43 nəfəri uşaqdır.
Rusiya Federasiyasının dövlət sərhədini 262 556 ədəd şəxsi avtomobil (gündə 2,7 min) keçib.
Mizintsev onu da bildirib ki, şənbə günü Ukraynanın cənub vilayətlərində və "DXR", "LPR" 6 humanitar aksiya keçirilir, sakinlərə 841,4 ton humanitar yardım ötürülüb:
“2022-ci il iyunun 11-də "Donetsk və Luqansk Xalq Respublikaları"nda, Zaporojye və Xarkov vilayətlərində 6 humanitar aksiya keçirilir, bu aksiyalar zamanı əhaliyə 841,4 ton zəruri mal və ərzaq ötürülür”.
O, ümumilikdə, federal icra hakimiyyəti orqanlarının Rusiya Federasiyasının təsis qurumları, müxtəlif ictimai təşkilatlar və vətənpərvərlik hərəkatları ilə birlikdə humanitar yardımların yığılmasını davam etdirdiyini, toplama məntəqələrində 33 min tondan çox humanitar yardımın hazırlandığını açıqlayıb.
Martın 2-dən Rusiya Federasiyası Ukraynaya 29 322,7 ton zəruri mallar, ərzaq, dərman və tibbi ləvazimatlar çatdırıb, ümumilikdə 1147 humanitar aksiya həyata keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.