Bakı, 11 iyun — Sputnik. İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° ist, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Azərbaycanın Laçın rayonunda dumanlı hava şəraiti, arxiv şəkli
© Sputnik / Aleksey Kudenko
/ Xidmətdən verilən daha bir məlumata görə, iyunun 12-də gecə və səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.