Bakı, 11 iyun — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,22 ABŞ dolları və ya 1,7% azalaraq 128,93 dollar təşkil edib.
Dünya birjalarında da neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,06 dollar azalaraq 122,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,84 dollar ucuzlaşaraq 120,67 dollar olub.
Xatırladaq ki, bu ilin 5 ayında Azərbaycanda 13,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Respublika üzrə neft hasilatının 8,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin (AÇG), 1,9 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.