HADİSƏ

Rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Çaylarda sululuğun artacağı ehtimalı var.
Sputnik
BAKI, 10 iyun — Sputnik. İyunun 12-si gündüzdən 15-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
CƏMİYYƏT
Sabah hava necə olacaq?