BAKI, 10 iyun — Sputnik. Dünya bazarlarında neftin qiymətlərində ucuzlaşma qeydə alınıb.
ABŞ xam nefti 0,35 faiz ucuzlaşaraq 121 dollara, "Brent" markalı neft isə 0,41 faiz ucuzlaşaraq 122 dollara düşüb.
Dünyanın ən böyük neft idxalçısı olan Çində yeni karantin tədbirlərinin gündəmə gəlməsi ilə tələbin aşağı düşəcəyi gözlənilir. Bu da neftin qiymətlərinə təsir göstərir.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. "Azeri Light" markalı neft 1,13 dollar artaraq 131,15 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.