MƏDƏNİYYƏT

Məşhur türk ulduzu "Formula 1"lə bağlı paylaşım edib

Ötən ay Bakıda konsert verən, son illərin məşhur pop ifaçısı paytaxtımızda keçirilən "Formula 1"də Türkiyəni təmsil edən Cem Bölükbaşına dəstək oluduğunu vurğulayıb.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Məşhur türk ifaçı Edis Görgülü Azərbaycanla bağlı paylaşım edib. Müğənni öz bloqunda Azərbaycanda keçirilən "Formula 1"də Türkiyəni təmsil edən Cem Bölükbaşına dəstək olub.
O, İçərişəhər, Alov qüllələri və Azərbaycan bayrağının təsvir olunduğu fotonu paylaşıb.
Məlumat üçün bildirək ki, 2014-cü ildə "Benim Ol" mahnısı ilə səhnə fəaliyyətinə başlayan Edis "Olmamış mı?", "Vay", "Güzelliğine", "Paha Biçilemez Bir Şey Başlat", "Efsane Sensin", "Perişanım", "Nirvana", "Martılar" kimi onlarla mahnının müəllifidir.
Edis bu il 7-8 may tarixlərində Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etmişdi.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.