TƏHSİL

Dövlət sifarişli yerlərə qəbulolma faizi aşağı olan bölgələr açıqlanıb

Bir sıra bölgələrin məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi aşağı olub.
Sputnik
BAKI, 10 iyun — Sputnik. 2021-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil müəsisələrinə kənd rayonlarının ümumtəhsil müəsisələrindən qəbul olanların nisbi çəkisi (53,50%) ötənilkindən (54,83%) bir qədər az, 2019-cu ildəki (53,53%) səviyyədə olub.
Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.
Bildirilib ki, məzunların dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən yerlərə qəbulolma göstəricisinə görə ən yüksək nəticə Sumqayıt və Bakı şəhərlərinin, Oğuz, Qax, Qubadlı, Şahbuz, İsmayıllı və Abşeron rayonlarının məzunlarına məxsusdur.
Sabirabad, Ağsu, Xaçmaz, Qusar, Saatlı, Beyləqan və Cəlilabad rayonlarının məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi aşağı olub.
TƏHSİL
Ali məktəblərə qəbul proqnozu açıqlanıb