BAKI, 10 iyun — Sputnik. Yağış sularının dənizə axıdılmasına məcbur oluruq. Bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur: "Cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur".
"Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur. Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.