RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynadakı əməliyyatlar bu tarixdə başa çata bilər

Hərbi tarixçi Knutov bildirib ki, Lisiçanskın tutulmasından sonra "LXR"in bütün ərazisi azad ediləcək.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Ukraynada əməliyyat təşəbbüsü Rusiya ordusunun əlinə keçib. Hətta Avropa və Kiyev siyasətçiləri də bunu anlamağa başlayıblar. Bunu Beşinci Kanala müsahibəsində hərbi tarixçi Yuri Knutov deyib.
Ekspert Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın müsbət irəliləyişini qeyd edib. Müttəfiq qüvvələr Severodonetski demək olar ki, tamamilə azad etdilər və Ukrayna hərbçilərinin Lisiçansk bölgəsindəki mövqelərini boşaltmağa başladılar. Bu şəhər strateji əhəmiyyət kəsb edir, çünki hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan dominant yüksəklikləri tutur. Lisiçanskın tutulmasından sonra "LXR"in bütün ərazisi azad ediləcək.
"Vəziyyət çoxlarının istədiyi kimi dinamik inkişaf etməyə bilər, amma hər halda müsbətdir", - Knutov qeyd edir.
"LXR"dən sonra Rusiya ordusu və müttəfiq qüvvələri Donbasın Ukrayna Silahlı Qüvvələrindən təmizlənməsini davam etdirəcək. Bu, 4-5 həftədən iki aya qədər çəkə bilər.
"Sentyabr ayına qədər "Luqansk" və "Donetsk Xalq Respublika"larının ərazilərinin tam azad edilməsi məsələsi yekunlaşmalıdır", - ekspert əlavə edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.