BAKI, 9 iyun - Sputnik. Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.
Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.
Vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Hazırda fakt araşdırılır.