BAKI, 9 iyun — Sputnik. ABŞ-ın özəl kosmik şirkətləri ya Pentaqonun podratçılarıdır, ya da CIA agentləridir. Bu fikri "Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib.
Bundan əvvəl bəzi KİV-lər ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin Ukraynadakı vəziyyətin kəşfiyyatı üçün ABŞ-ın özəl şirkətlərinin peyklərinin istifadəsini genişləndirmək barədə qərar qəbul etdiyini yazıb.
"Bizə ABŞ-ın "özəl astronavtikası" haqqında hekayələr danışmağa ehtiyac yoxdur. Onlar ən yaxşı halda Pentaqonun etibarlı podratçılarıdır, ən pis halda isə "özəl müstəqil şirkətlər" adı altında Pentaqonun və ya MKİ-nin agentləridir", - deyə Roqozin "Telegram" kanalında yazıb.
"Roskosmos" rəhbəri vurğulayıb ki, əgər belə olmasaydı, bu cür şirkətlərin Ukrayna və Rusiya ilə bağlı casusluq məlumatlarının toplanmasına cəlb edilməsi ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasını tələb etməzdi.
"Əgər bu məsələ qanunvericilik tənzimləməsinin predmetidirsə, bu o deməkdir ki, ya özəl şirkətlər özəl deyillər və Pentaqonun kosmik xidmətlər bazarının bir hissəsini təmsil edirlər, ya da bu şirkətlər, məsələn, ABŞ Rabitə Departamentinin subsidiyaları ilə büdcədən maliyyələşmə üzərində dayanırlar", - Roqozin vurğulayıb.
Nümunə olaraq, o, dövlət korporasiyasının baş direktoru İlon Maskın "Starlink" şirkətini göstərib. Bildirib ki, bu şirkət sahibinin şəxsi vəsaiti ilə deyil, 20 milyard dollarlıq dövlət subsidiyaları ilə "böyüyüb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.