BAKI, 9 iyun — Sputnik. Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi fəlakətə gətirə bilər. Bu barədə prezident Ərdoğan xəbərdarlıq edib.
"Bölgəmizdəki münaqişə və potensial təhdidlər göstərir ki, NATO-ya birlik və həmrəylik heç vaxt olmadığı qədər lazımdır", - deyə Türkiyə lideri "Efes-2022" təlimində çıxışı zamanı bildirib.
Daha öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Yunanıstan tərəfindən Egey adalarının hərbiləşdirilməsinin beynəlxalq müqavilələri və onların suverenliyini pozduğunu bildirmişdi.
Öz növbəsində Afina Ankara tərəfindən adaların suverenliyi məsələsinin onların demilitarizasiyası öhdəliyi ilə uzlaşdırmasını rədd edir.
İyunun 9-da "Efes-2022" çoxmillətli təliminin sonuncu günü keçirilib.
Xatırladaq ki, təlimdə Z.Həsənovla yanaşı, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də iştirak edib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Efes-2022" çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.