BAKI, 9 iyun — Sputnik. Şəmkirdə dönərdən zəhərlənənlərin adları məlum olub. Həmin şəxslər aşağıdakılardır:
2013-cü il təvəllüdlü Əlizadə Tamela Orxan qızı
2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı
2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı
2018-ci il təvəllüdlü İlyasova Nərminə vüsal qızı
2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı
1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu
1999-cu il təvəllüdlü Hüseynov Təbriz Elbəy oğlu
Qafarov Nurlan Mədət oğlu
Vəliyev Qəzənfər Baba oğlu.
TƏBİB-də zəhərlənənlərin vəziyyəti ilə bağlı açıqlama yayıb. Bildirib ki, 10 nəfər zəhərlənmə diaqnozu ilə 08.06.2022-ci il tarixində saat 22:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Vətəndaşlara zəruri təcili tibbi yardım göstərilib və vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Zəruri müayinələr tamamlandıqdan sonra vətəndaşların gün ərzində amblator müalicə üçün evə buraxılmaları nəzərdə tutulur.
Qeyd edək ki, Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə rayonun 5-ci küçəsində yerləşən "Mahmud" dönər satışı məntəqəsində qeydə alınıb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda fakt araşdırılır.
Xatırladaq ki, 2021-ci il 12 dekabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus "Dönər market" ictimai iaşə müəssisəsində səkkiz nəfər dönərdən zəhərlənmişdi.