BAKI, 9 iyn — Sputnik. Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.
"Numbeo" qlobal verilənlər bazasının hesabatına görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır. Orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Sonrakı yeri Moldova tutur. Burada 1 km məsafəni 36 qəpiklə getmək olar. Ermənistanda isə eyni məsafəyə görə cəmi 39 qəpik ödəmək lazım gəlir.
Tacikistanda taksidə 1 km getmək üçün️ 44 qəpik, Rusiyada 57 qəpik, Qazaxıstanda isə 59 qəpik ödəmək kifayətdir.
Taksi xidmətlərinin baha qiymətinə görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ - 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.