BAKI, 8 iyun — Sputnik. ABŞ-ın hazırkı administrasiyası qlobal dominantlıq nümayiş etdirmək cəhdində son nəzakətini itirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Burada məsələ ondan ibarət deyil ki, onlar hansısa şəkildə siması, ədəb-ərkanını və s. xilas etməlidirlər. Onlar hər şeyi - daxili siyasət, seçki prosesləri, enerji qiymətləri - sadəcə olaraq qlobal dominantlığı konkret nümunə ilə nümayiş etdirmək üçün riskə atırlar. Ona görə də burada nəzakət üçün vaxt yoxdur - onlar güclü olduqlarını göstərmək üçün burada hər şey etməlidirlər", - Zaxarova Sputnik radiosunun efirində bildirib.
O, həmçinin əlavə edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfərinin ləğvi ilə bağlı vəziyyət belə dominantlığın nümunələrindən birinə çevrilib.
Serbiyanın "Veçerne Novosti" nəşri Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun Xarici İşlər nazirliklərinin Rusiyadan gələn hökumət təyyarəsinin onların hava məkanından uçmasını qadağan edən qərarlarının fotolarını dərc edib.
Lavrov bildirib ki, o, Serbiyaya səfəri ilə bağlı situasiyada faktiki olaraq Qərbin havasına oynayan ölkələrə görə təəssüflənir. O, səfəri ətrafında yaranmış vəziyyəti ağlasığmaz və çirkin adlandırıb.
Moskva və Kiyev arasında danışıqlar
Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyü ilə bağlı bəyanatını şərh edən Zaxarova qeyd edib ki, Kiyevdən səslənən hər şeyi iki dəfə yoxlamaq lazımdır.
"Bütün bu ifadələri diqqətlə yoxlamaq və uyğunlaşdırmaq lazımdır", - Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, əgər ümumilikdə Zelenskinin sözlərini dəyərləndirsək, bunlar açıq-aydın kiminsə yazdığı mətnlərdir, kiminsə yazdığı plandır.
Ukrayna və Rusiya, demək olar ki, Rusiyanın hərbi əməliyyatı başlayandan diplomatik nizamlama üzrə danışıqlar aparırdı, lakin apreldə dialoq yarımçıq qaldı. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Kiyev özü Rusiya Federasiyası ilə danışıqlara fasilə verib və Moskvanın müqavilə layihəsi ilə bağlı təkliflərinə cavab verməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukrayna rəhbərliyi mütəmadi olaraq bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar verir və bu, Kiyevin nə istədiyini başa düşməyə imkan vermir və indi danışıqlar Ukrayna tərəfinin seçdiyi xəttə və qərara uyğun olaraq dondurulub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.