PAYTAXT XƏBƏRLƏRİ

İyirmi marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın bəzi küçələrində hərəkət istiqaməti də dəyişdirilib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. "Formula-1" Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə əvvəlcədən də məlumat verildiyi kimi yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür: https://bna.az/az/news/1483
"Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi tövsiyə edirik.
Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.
Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik", deyə qurumun məlumatında bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
Paytaxtın bəzi küçələrində hərəkət istiqaməti dəyişdi