CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeniyetmə qızın ailə həyatı qurmasının qarşısı alınıb

Komitə bildirib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb olunacaq.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın ailə həyatı qurmasının qarşısı alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.
Komitədən verilən məlumatda qeyd olunub ki, artıq yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb:
Dərhal müdaxilə olunub, nəticədə toyun keçirilməsinin qarşısı alınıb:
"Ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”.
Qeyd edək ki, toyun bu gün keçirilməsi nəzərdə tutulduğu bildirilirdi. Ötən gün "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bununla bağlı sosial şəbəkə hesabında paylaşım etmişdi.
"Gecce.az"ın İnstagram hesabında yayılan videoda isə azyaşlının nənəsi Həyat Əzizova danışıb. Onun sözlərinə görə, qızın 17 yaşının tamam olmasına 3 ay qalıb.
O bunun üçün müvafiq icazənin alındığını deyib:

"Qızın babasının xəstəliyinə görə, bu mərasimin keçirilməsinə icazə verilib. Babası ağır vəziyyətdədir. Bir oğlumuz var, həmişə arzu edirdi ki, heç olmasa nəvəsinin nişanını görsün".

Yataq xəstəsi olan yaşlı baba da nəvəsinin xoş gününü görmək istədiyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.