DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

XİN İrana başsağlığı verdi

Azərbaycan XİN-in paylaşımında qeyd olunub ki, İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in sosial şəbəkə səhifəsində qeyd olunub:

"İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik".

Xatırladaq ki, İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb. Sərnişin qatarının ekskavatorla toqquşduğu bildirilir.
Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.
Hadisə yerinə xilasedicilər və tibb xidməti əməkdaşları cəlb olunublar. Qəzanın səbəbi araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.