BAKI, 8 iyun — Sputnik. Dünya bazarlarında neftin qiymətləri bahalaşmaqda davam edir. ABŞ xam nefti 120 dollara, "Brent" markalı neft isə 121 dollara satılır.
Azərbaycan neftinin qiyməti 0,81 ABŞ dolları və ya 0,64% artaraq 127,94 dollar təşkil edib.
ABŞ-da ağır nəqliyyat vasitələrindən istifadə mövsümünün gəlməsi, Çində pandemiyanın azalması neftə olan tələbin artacağını göstərir. Çinin paytaxtı Pekində pandemiyaya qarşı karantin tədbirləri əksər yerlərdə ləğv edilib.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.