RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov və Çavuşoğlu məhsuldar danışıqlar keçirdiklərini açıqlayıblar

Rusiya diplomatiyasının rəhbəri türkiyəli həmkarına Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının gedişi barədə məlumat verib.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Rusiya və Türkiyə arasında keçiriləcək növbəti zirvə görüşünə hazırlıqları müzakirə etdiyini bildirib.

"Bu gün biz müxtəlif səviyyələrdə - ölkələrimizin hökumətləri arasında və digər formatlarda keçiriləcək siyasi təmasların reqlamentini müzakirə etdik. Təbii ki, doqquzuncu görüş çərçivəsində növbəti yüksək səviyyəli görüşə hazırlığın necə getməsi barədə danışdıq", - Lavrov mətbuat konfransında deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, öz növbəsində, Ankarada rusiyalı həmkarı Sergey Lavrovla məhsuldar danışıqlar keçirdiyini bildirib.

"Biz regional məsələləri, o cümlədən Ukraynanı müzakirə etdik, danışıqlar məhsuldar keçdi", - Çavuşoğlu mətbuat konfransında deyib.

Rusiyanın xüsusi əməliyyatı haqqında
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın demilitarizasiyası üzrə Rusiyanın xüsusi hərbi əməliyyatı plan üzrə irəliləyir və məqsədlərinə çatır.
"Beynəlxalq mövzulardan, ilk növbədə, Ukrayna ilə bağlı danışdıq. Biz bir daha sərhədlərimizdə illərdir yaradılmış problemlərə, təhlükəsizliyimizə təhdidlərin bu bölgədən çox uzaqda yerləşənlər xarici oyunçular tərəfindən yaradıldığına və digər problemlərə diqqət çəkdik. Plan üzrə davam edən və məqsədlərinə çatan, mülki əhaliyə və təbii ki, Rusiya silahlı qüvvələrinin, "Donetsk" və "Luqansk Xalq Respublikaları" hərbi qulluqçularına zərərin minimuma endirilməsinə diqqət yetirən xüsusi hərbi əməliyyatın gedişindən danışdıq", - deyə Lavrov türkiyəli həmkarı ilə danışıqların nəticələrinin ardından jurnalistlərə açıqlamasında bildirib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə əvvəldən aydın mövqe tutub və münaqişəni danışıqlar yolu ilə bitirməyə çalışır.
"Biz görürük ki, danışıqlar prosesinin bərpası üçün zəmin var. Biz Rusiya ilə Ukrayna arasında danışıqların bərpasına töhfə verməyə hazırıq", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.