BAKI, 8 iyun — Sputnik. Son illər Azərbaycanda qadınlar arasında sahibkarlığı xüsusi populyarlıq qazanır. Ekspertlər bunu qadınların özəl sahibkarlıqla məşğul olmaları üçün açılan yeni imkanlarla əlaqələndirirlər.
Azərbaycanda qadınların məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarında gender bərabərliyinin təmin edilməsi, o cümlədən milli qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğun olaraq təkmilləşdirilməsi məqsədilə yeni layihələr hazırlanıb və hazırda həyata keçirilir.
Məşğulluq problemlərinin həllində qadınlar arasında sahibkarlığın inkişafının stimullaşdırılmasının rolu, o cümlədən ümumilikdə qadın sahibkarlığının xüsusiyyətləri haqqında 9 iyun, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.