Ukrayna qoşunları Mariupol limanının anbarlarında tonlarla taxılı yandırıblar.
Bu barədə "DXR" hökuməti başçısının müşaviri Yanq Qaqin RİA Novosti-yə bildirib.
Limana baş çəkərək orada çəkiliş aparan RİA Novosti agentliyinin müxbirləri taxılın xeyli hissəsinin zay olmasının şahidi olublar.
Mariupol limanı. Burada külli miqdarda taxıl var. O, burada çürüyür və istifadəyə tam yararsızdır. Buna səbəb isə düzgün saxlama şəraiti və Ukrayna tərəfinin onun götürülməsinə icazə verməməsi üzündən istehlakçıya çatdırılmamasıdır. Halbuki, həm insanlarının ağır vəziyyətdə olduğu Ukraynanın, həm Avropanın, həm də yeri gəlmişkən, Ukrayna tərəfinin öz ərazisi hesab etdiyi azad edilmiş ərazilərin sakinlərinin ərzağa ehtiyacı var. İndi isə o, burada çürüyür, tüstülənir və tamamilə yararsızdır. Halbuki, bu taxılın unundan çox yaxşı Fransız bulkaları bişirmək olardı.
"Mariupol limanının ərazisində külli miqdarda taxıl var. Bu həm qarğıdalı, həm də buğdadır. Ancaq təəssüf ki, o, sonrakı istifadə üçün tam yararsızdır: bu, həm qoxusundan, həm də və görünüşündən bəlli olur. Limandan geri çəkilən düşmən, taxılın "DXR"-ə qismət olmaması və istifadəyə tam yararsız hala düşməsi üçün sadəcə olaraq, anbara od vurub. Yanğının söndürülməsi bir neçə gün çəksə də heç bir nəticə verməyib və bütün taxıl kül olaraq, zibilə çevrilib".
"DXR" hökuməti başçısının müşaviri Yan Qaqin telefonla danışığına bu sözlərlə yekun vurub.