HƏRBİ

İstismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları partladılacaq

Müdafiə Nazirliyi bildirib ki, iyunun 8-dən 11-dək Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək.
Sputnik
BAKI, 7 iyun - Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Xatırladaq ki, bundan əvvəl döyüş sursatlarının növbəti utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.