RUSİYA

Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, AİHM-in bəzi qərarları Rusiya Konstitusiyası və ənənələri ilə ziddiyyət təşkil edir.
Sputnik
BAKI, 7 iyun - Sputnik. Rusiya Dövlət Duması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etməməyə dair qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Bu qərara görə, AİHM-in martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək. Bu tarixə qədər çıxarılmış qərarlar üzrə təzminatlar isə yalnız yerli banklar vasitəsi ilə rublla ödəniləcək.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, AİHM-in bəzi qərarları Rusiya Konstitusiyası və ənənələri ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, Rusiya martın 15-də Avropa Şurasından çıxdığını elan edib. Hazırda AİHM-də baxılmalı olan 70 mindən çox işin 24%-i Rusiyaya aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.