CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb

Bakının Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb
Sputnik
BAKI, 7 iyun — Sputnik. Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
CƏMİYYƏT
Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - Siyahı