DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyanın müavini ABŞ diplomatı ilə nələri müzakirə edib?

Ermənistan hökumətinin məlumatında qeyd olunur ki, görüş zamanı ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə regional nəqliyyat kommunikasiyalarının açılması üzrə prosesi müzakirə edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.
Ermənistan Daxili İşlər Nazirliyində islahatlar, o cümlədən patrul xidmətinin fəaliyyəti və Ermənistan DİN-in formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
İyunun 3-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Moskvada Üçtərəfli İşçi Qrupunun 10-cu iclası keçirilib.
Məlumatda qeyd olunur ki, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edərək mövqelərini yaxınlaşdırıblar.
QARABAĞ
Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli İşçi Qrupunun iclasının nəticələri