BAKI 7 iyun - Sputnik. Rusiya Mərkəzi Bankı rusiyalıların və dost ölkələrdən olan fiziki şəxslərin xarici hesablarına köçürmələrlə bağlı aylıq limiti qaldırılıb.
"İyunun 8-dən Rusiya Bankı rusların və dost ölkələrdən olan fiziki şəxslərin xarici hesablarına köçürmələr üzrə aylıq limiti 50 min dollardan 150 min dollara qaldırıb", - tənzimləyicinin bəyanatında deyilir.
Bundan əlavə, Mərkəzi Bank dost ölkələrdən rezident və qeyri-rezidentlərə hesab açmadan belə xidmətlər göstərən şirkətlər vasitəsilə köçürmələrin aylıq limitini beş min dollardan on min dollara qədər artırıb.
Qeyd olunur ki, bütün qeyri-rezidentlər xaricə aylıq əməkhaqqı ekvivalentində vəsait köçürmək imkanı əldə edəcəklər.
Həmçinin, sanksiyaları dəstəkləyən dövlətlərin hüquqi şəxslərinin xaricə köçürmələrinə qadağanın tətbiqi davam edir. Bu qərar 30 sentyabr 2022-ci ilədək qüvvədə qalır.
Tənzimləyici xatırladıb ki, köçürmə məbləğləri əməliyyat üçün göstərişin verildiyi tarixə Rusiya Bankı tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnəsi əsasında hesablanır.
Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi hərbi əməliyyatın başlamasından sonra Qərb Moskvaya sanksiya təzyiqlərini artırıb. Məhdudlaşdırıcı tədbirlər ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarına təsir edib. Bir çox brend Rusiyadan çəkildiyini açıqlayıb.
Moskva bu cür addımları "iqtisadi müharibə" adlandıraraq, belə ssenariyə hazır olduğunu qeyd edib. Mərkəzi Bank valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün tədbirlər görür, bunun sayəsində rubl dollar və avroya nisbətən xeyli möhkəmlənib, son 5 ilin maksimumunu qırıb.
Rusiya dost olmayan ölkələrə qaz nəqli üçün ödənişləri rubla köçürüb.