RUSİYA

I Pyotrun xatirəsinin qorunması: Moskvadakı forumda nə müzakirə olunacaq

Tədbirdə I Pyotrun mədəni və tarixi yaddaşının qorunması ilə bağlı geniş spektrli məsələlər müzakirə olunacaq.
Sputnik
BAKI, 7 iyun — Sputnik. İyunun 8-də Moskvada "Gələcək üçün tarix" silsilə tədbirlər çərçivəsində Rusiya Hərbi Tarixi Cəmiyyətinin dördüncü genişmiqyaslı forumu keçiriləcək.
Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiya Hərbi Tarix Cəmiyyəti, Daxili Turizmin İnkişafı Agentliyi tərəfindən təşkil edilir.
Forumun tərəfdaşları "Rusiya - Mənim tarixim" Multimedia Parkları Assosiasiyası, "Znanie" Cəmiyyəti, Rusiya Mədəniyyət Fondu, Rusiya Dövlət Humanitar Universiteti, Moskva Dövlət Kinematoqrafiya İnstitutu, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri şirkəti, Spas telekanalı, RİA Novosti, TASS, Russia Today, Sputnik, Rossiyskaya qazeta, "Komsomolskaya pravda" qəzeti, "Rodina" jurnalı, "İstorik" jurnalı, "Kultura" qəzeti.
Tədbirin məqsədi: Rusiya tarixinin öyrənilməsi və populyarlaşdırılması, habelə Rusiya dövlətçiliyinin müdafiəçisi, xalqının mənafeyini qoruyan, görkəmli hərbçi və dövlət xadimi I Pyotrun mədəni və tarixi yaddaşının qorunması ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi.
Foruma aparıcı məruzəçilər dəvət olunur: Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski; Pskov və Porxov mitropoliti Tixon; Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin; Rusiya Federasiyası Prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov; Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova; Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov; "Russia Today" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov; "Znanie" Cəmiyyətinin baş direktoru Maksim Dreval; Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli; MDBMİ-nin rektoru Anatoli Torkunov; Rusiya Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun elmi direktoru Aleksandr Çubaryan və bir çox başqa dövlət və ictimai xadimlər.
Forumun qonaqları Ermənistan, Belarus, Qazaxıstan, Azərbaycan, Moldova, Qırğızıstan, Tacikistanın beynəlxalq nümayəndələri də daxil olmaqla, tanınmış alim və siyasətçilər, müəllimlər, ictimai rəy liderləri olacaqlar.
Konsepsiyası sayəsində Forum məruzəçilər və qonaqlar arasında müasirlərin I Pyotrun şəxsiyyəti, onun islahatlarının təkcə Rusiya tarixi üçün deyil, bütün dünya üçün əhəmiyyəti barədə fikirlərini əks etdirən dialoq qurmağa imkan verəcək.