AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Sputnik
BAKI, 7 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Bundan başqa, Prezident Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamının ləğv edilməsi haqqında da sərəncam verib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:
"Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
"Azərbaycan Tələbə Gənclər Təşkilatları" İttifaqının sədri
Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü
"Azərbaycanlı Tələbələr və Məzunlar Platforması"nın İdarə Heyətinin üzvü".