TƏHSİL

Bakı məktəblərində monitorinq keçirilib

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Bu barədə İdarədən xəbər verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir.
Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.
TƏHSİL
Bağçalara elektron qəbul ilk olaraq hansı rayonlarda aparılacaq?