CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyda qəribə dava: Polis məhkəmə katibini döyüb

Kürdəmirdə keçirilən toy mərasimində məhkəmə katibi Yaşar Cəbiyevlə polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb.
Hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb.
Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Nəticədə V.Kərimov məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.
Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilk xəbəri "qafqazinfo" saytı yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
Gəncədə toyda musiqi üstündə dava düşüb, İmişli sakini 3 qohumunu bıçaqlayıb