BAKI, 6 iyun — Sputnik. Ukraynada keçirilən xüsusi əməliyyat zamanı raket qoşunları və artilleriya bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 431 ərazini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Raket qoşunları və artilleriya qurğuları Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 431 ərazini, 7 komanda məntəqəsini və artilleriya və minaatan bölmələrinin 34 atəş mövqeyini vurub", - o, deyib.
Generalın sözlərinə görə, artilleriya zərbələri nəticəsində 300-dən çox millətçi, 10 tank, iki "Qrad" reaktiv yaylım atəş sistemi, 17 xüsusi maşın, 17 səhra artilleriya silahı və minaatanlar, həmçinin Ukrayna silahlı qüvvələrinin Qorlovka vilayətindəki 3 raket və artilleriya silahı anbarı məhv edilib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.