RUSİYA

Mühəndis, alim, yoxsa sahibkar? Öz karyera trayektoriyanı seç

Zelenoqradda yerləşən özünəməxsus Silikon vadisində özünüzün ixtiraçı arzularınızı həyata keçirə bilərsiniz. Orada tədrisin və həyatın necə olduğu ilə sizi tanış edirik.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Elmlə məşğul olmaq, həmfikirlərlə ünsiyyət qurmaq və səhərlər parkda qaçmaq – məşhur Silikon vadisinin atmosferini xatırladır? Belə bir yerdə təhsil almaq bir çox abituriyentlərin arzusudur.
METİ MTU-nun (Moskva şəhəri) Azərbaycandan olan tələbəsi Alina Afanasyeva və universitetin rəhbərliyi ilə birlikdə Rusiyanın aparıcı texniki universitetlərindən birində kampusun və təhsilin necə təşkil olunduğunu araşdırırıq. Bura tələblər dərslərə elelktroskuterlərdə gələrək birinci kursdan sahibkarlığı öyrənməyə başlayırlar.
METİ Zelenoqradda – Rusiyanın mikroelektronika mərkəzində yerləşir, onun məzunları isə özlərinə üç karyera taryektoriyasından birini seçə bilərlər: mühəndis, alim və yaxud sahibkar.
METİ Milli tədqiqat universiteti
Öz evindəki kimi
Xaricdə təhsil cəsarətli qərar və rahatlıq zonanızdan çıxış yoludur. Xüsusilə digər ölkələrdən olan abituriyentlər üçün universitetlər komandaya tez inteqrasiya etməyə və təhsil almağa kömək edən bütün uyğunlaşma və dəstək proqramları yaradır.
Belə bir təşəbbüslərdən birində Alina Afanasyeva da iştirak edir. O METİ Milli tədqiqat universitetinin Xarici tələbələr assosiasiyasının üzvüdür. Burada dünyanın 34 ölkəsindən 340-dan çox əcnəbi tələbə təhsil alır.
"Bizim fəaliyyətimiz əcnəbi tələbələrin adaptasiyasını asanlaşdırmağa yönəlib: sənədlərlə köməklik, hadisələr haqqında məlumatlandırma. Məhz buna görə bizim Buddy (ingilis dilindən tərcümədə dostum – red.) proqramımız var. Buddy bir əcnəbinin şəxsi kuratorudur. Ona bütün məsələlər üzrə müraciət etmək olar. O daha çox şəxsi köməkçi və hətta dostur ", – Alina izah edir.
METİ Milli tədqiqat universiteti
Adaptasiya olunmağa təkcə kuratorlar yardım eləmir. Tələbə sıralarına keçmə bir çox ali məktəblərdə ənənəvi ritualdır. METİ MTU-da bu ritual təbiət qoynunda keçir: hamı bir-biri ilə tanış olmaq və özünü tələbə cəmiyyətinin bir hissəsi kimi hiss etmək üçün komanda oyunlarında iştirak edir.
Alina xatırlayır: "Təlimçilər bizə təhsilin ilk aylarında bir-birimizi daha yaxından tanımağa kömək etdi, kampus ətrafında turlar təşkil etdi və ralli üçün oyunlar təşkil etdi. Şəxsən mənim üçün uyğunlaşma çox asan oldu".
Kampus
Alinanın oxuduğu ali məktəb Zelenoqraddadır – bura Moskvanın inzibati dairəsi statusunda mənzərəli və təhlükəsiz rayondur, paytaxtın mərkəzinə sürət qatarında cəmi 30 dəqiqəyə çatmaq olar. Universitetdən Zelenoqradın istənilən nöqtəsinə piyada getmək olar. Bir çox tələbələr dərsə elektroskuter və velodipedlərdə gəlirlər – bunun üçün ali məktəbdə ayıca parkinq var.
"Yataqxana universitetdən piyada 20-25 dəqiqəlik məsafədədir. Avtobusla gedirsə, 15 dəqiqə. Tədris korpusları yataqxanaya yaxın olanda rahatdır", - Alina deyir.
Alina Afanasyeva
2023-cü ilin sonunda universitetin qarşı tərəfində yeni yataqxananın açılması planlaşdırılır. Universitet bütün əcnəbi tələbələri mənzillə təmin edir. Yaşayış rahatlığına mütəmadi olaraq nəzarət edilir.
"Hər yer təmizdir, yaxınlarda bütün otaqların və ümumi məkanların təmiri həyata keçirilib ", – Alina əlavə edir.
Digər gözəl bonus, tələbələrin fikrincə, istirahət zonalarına girişdir: parklara, meşə ərazilərinə və su hövzələrinə. Yataqxanalar və METİ MTU-nun tədris kampusu belə yerlərin yanındadır. Parklarda velosiped yolları və idman meydançaları var. Universitetdə tələbələr hovuza və müxtəlif idman seksiyalarına gedirlər. Yataqxanalarda da məşq zalları var.
Təhsil
İstənilən ali məktəbdə oxumağın üstünlüyü böyük praktikadadır. METİ – milli tədqiqat universitetidir, burada tələbələri birinci ildən elmi fəaliyyətə və texnoloji yaradıcılığıa hazırlayırlar. Ali məktəbdən bildirirlər ki, yuxarı kurslarda onlar öz tədqiqatları ilı məşğul olurlar və hətta sahibkar da olurlar.
METİ Milli tədqiqat universiteti
"Bizim vəzifəmiz tələbələrə texnoloji sahibkarlığın əsaslarını öyrətməkdir. Çoxlu imkanlar var. Biz tələbələrlə birlikdə ideyadan hazır layihəyə qədər marşrut qururuq", - Beynəlxalq əlaqələr və gənclərlə iş üzrə prorektor Aleksandr Balaşov bildirib. .
Gənc alimlərin 37 elmi kafedra və laboratoriyaya, həmçinin mikroelektron sistemlərin layihələndirilməsi üzrə dizayn mərkəzinə çıxışı var. Gənc ixtiraçılar universitetin avadanlıqları ilə işləməklə yanaşı, universitetin tərəfdaşlarının mövcud istehsalat müəssisələrində təcrübə keçirlər.
"Mikroelektronika sahəsində işləyən və METİ ilə əməkdaşlıq etməyən müəssisə tapmaq çətindir. Həmçinin IT sahəsində də çoxlu tərəfdaşımız var ", – prorektor qeyd edir.
METİ Milli tədqiqat universiteti
Azərbaycandan olan tələbələr əsasən proqramlaşdırma və yüksək texnologiyalarla bağlı istiqamətləri seçirlər. Onların arasında "Proqram mühəndisliyi", "Tətbiqi informatika", "İnformatika və hesablama texnikası", "İnformasiya sistemləri və texnologiyaları" ("Dizaynda informasiya texnologiyaları" ixtisası), "Elektron vasitələrin quraşdırılması və texnologiyası", "Biotexniki sistemlər və texnologiyalar " istiqamətlərini qeyd etməliyik.
Azərbaycandan olan abituriyentlər METİ MTU-ya məsafədən qəbul olurlar. Keçmiş SSRİ-nin digər ölkələrindən olan uşaqlar kimi, həmvətən statusu sayəsində onlar da Rusiya Federasiyasının vətəndaşları ilə bərabər əsasda büdcəyə daxil olmaq və təqaüd almaq imkanı əldə edirlər. Bununla belə, yadda saxlamaq lazımdır ki, qeydiyyatdan keçmək üçün əmr verməzdən əvvəl qəbul komissiyası mütləq təhsil haqqında sənədin əslini və qəbula razılıq bildirişini almalıdır. Ərizələr bu yay iyunun 20-dən iyulun 10-dək təqdim edilməlidir.
METİ Milli tədqiqat universiteti
Karyera
Unievrsitetdə Karyera inkişafı mərkəzi işləyir, burada nəinki məzunlara, həm də tələbələrə rezüme təşkil etməyə və iş tapmağa kömək edirlər. Tələbələrin METİ MTU-da yiyələndikləri peşələr məsafədən və hətta dünyanın müxtəlif ölkələrində işləməyə imkan verir.
Universitetin nümayəndələrinin sözlərinə görə, ali məktəbin məzunları beynəlxalq şirkətlərdə işləyirlər. Məsələn, Microsoft, Samsung, Acer, Synopsys, IBM, Mentor Graphics-də.
"Məzunlarımız fundamental biliklərə malikdirlər, buna görə də onların səlahiyyətlərinə yarımkeçirici sənayelərin, çipdə inteqral sxemlərin və sistemlərin layihələndirilməsi ilə məşğul olan dizayn mərkəzlərinin, həmçinin elektron avadanlıq istehsalçılarının mövcud olduğu bütün dünya ölkələrində tələbat var", - Aleksandr Balaşov izah edir.
Aleksandr Balaşov
Müasir laboratoriyalar, unikal innovasiya və istehsal kompleksi və tədris prosesinə yeni baxış METİ-ni mikro və nanoelektronika, telekommunikasiya və informasiya texnologiyaları, eləcə də idarəetmə, dilçilik, dizayn və kibercinayətlərin təhqiqatı sahəsində mütəxəssislərin hazırlanmasında liderə çevirir.
Əlavə təhsil və asudə vaxt
METİ-də tədris proqramı, universitetdə qeyd edildiyi kimi, akademik fənlərlə məhdudlaşmır. Şagirdlər süni intellekt, verilənlər bazası və ya proqramlaşdırma kimi əlavə fənləri öyrənmək üçün pulsuz təhsil məktəblərində və seçmə fənlərdə iştirak edirlər. Onlarla tələbə Olimpiada hərəkatında və radioklubun işində iştirak edirlər. Hard skills-dən əlavə, şəxsi bacarıqları da inkişaf etdirmək olar:
METİ Milli tədqiqat universiteti
"Dərsdənkənar fəaliyyət də çoxdur. Hər kəs özü üçün maraqlı bir şey tapacaq. METİ bir çox mədəni və idman tədbirlərinə, istedad şoularına ev sahibliyi edir. Tələbə fəalları üçün təlimlərdə iştirak etməklə və tələbə hökumətində işləməklə soft skilli-nizi təkmilləşdirə bilərsiniz. Siz həm də könüllü və ya qan donoru ola bilərsiniz", - deyə Alina bildirib.
Qeyd olunanlardan başqa, universitetdə teatr kollektivi, xor, onlarla idman seksiyası, MİET-TV tələbə televiziyası, jurnalın gənclər redaksiyası, maraqlar üzrə klublar var.
Universitetdə inkişaf üçün bütün imkanlar var: siz alim olub müasir laboratoriyalarda elmlə məşğul ola bilərsiniz, bir mütəxəssis kimi özünüzü təkmilləşdirib ən böyük təşkilatlarda işləyə bilərsiniz və ya öz biznesinizi açıb müasir mikroelektronikaya baxışınızı təbliğ edə bilərsiniz.