BAKI, 6 iyun — Sputnik. İyunun 6-da Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasın gündəliyinə 7 məsələ daxil edilib.
1. "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
2. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş):
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasının mühafizəsi haqqında", "Tütün və tütün məmulatı haqqında", "Telekommunikasiya haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
4. "Əhalinin sağlamlığının qorunması haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
5. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);
6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi (üçüncü oxunuş);
7. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və dövlət büdcəsinin kəsiri 1 milyard 26,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.
Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və bununla bağlı hazırlanmış hesabat ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd olunub ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün post-pandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində, həmçinin Azərbaycanda öz əksini tapıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.