BAKI, 6 iyun — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdədir.
Hikmət Hacıyevin bu gün yerli vaxtla saat 12.00-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir.
Sözügedən danışıqların ABŞ Dövlət Departamentində keçiriləcəyi və mətbuata qapalı olacağı barədə kütləvi informasiya vasitələri xəbər verir.
Hacıyevin Donfridlə görüş vaxtı Dövlət Departamentinin görüş cədvəlində də yer alıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.