SƏHİYYƏ

Böyrəkköçürmə üçün nə qədər xəstə növbə gözləyir? - Rəsmi

Böyrək köçürülməsi üçün icbari sığorta haqlarının transplantasiyaya yönəlməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Azərbaycanda bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Xüsusilə icbari tibbi sığorta əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsinə yönəlməlidir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, ola bilər ki, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaiti bütün xəstəlikləri əhatə etməyə imkan verməsin, ancaq zamanla vəsaitlər artacaq və dövlət büdcəsindən, digər mənbələrdən vəsaitlər daxil olacaq.

"Bu gün minlərlə insan orqan transplantasiyası gözləyir. Biz bununla bağlı qanun qəbul etdik, bu istiqamətdə işlər davam edir. 1700-ə qədər xəstə böyrək transplantasiyası gözləyir".

Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında 1971-ci ildə Zaqafqaziyada ilk dəfə böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Azərbaycanda transplantologiyanın tarixi məhz o tarixdən başlayır.
Azərbaycanda böyrək çatışmazlığına daha çox kişilərdə rast gəlinir. Xroniki böyrək çatışmazlığından ölüm riski də daha çox kişilərdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.