DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin işində rus dilinin vacibliyi vurğulanıb

BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Rus Dili Günü ilə bağlı videomüraciət edib.
Sputnik
BAKI, 6 iyun - Sputnik. Rus dili BMT-nin işinin təmin edilməsində mühüm rol oynayır. TASS xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid iyunun 6-da qeyd olunan Rus Dili Günü ilə bağlı videomüraciətində deyib.
"Bu gün biz milyonlarla insana qoşularaq rus dilinin gözəlliyini qeyd edirik. Rus dili inanılmaz dərəcədə gözəl və lirik dildir, <...> slavyan dilləri arasında ən çox yayılmış dildir, dünyada yüz milyonlarla insan bu dildə danışır. Rus dili BMT-nin işində və dünyada ünsiyyətdə <...> mühüm rol oynayır”, - deyə o bildirib.

"Əzizlərim, hamını Rus Dili Günü münasibətilə təbrik edirəm!", deyə - Baş Assambleyanın sessiyasının rəhbəri rus dilində deyib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, təmsil etdiyi qurum mədəni müxtəlifliyi və BMT-nin altı rəsmi dilindən bərabər istifadəni təmin etmək niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.