BAKI, 5 iyun - Sputnik. Şəkidə sərnişin avtobusu aşıb. Hadisə saat 16:30 radələrində Mustafabekovun istirahət mərkəzindəki dağlıq ərazidə baş verib.
“İsuzu” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücüdən başqa daha 22 nəfər - 16 şagird, 6 müəllim və valideyn olub.
Sərnişinlərin hamısı Samux rayon sakinləridir. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
*Xəbərdə APA-nın məlumatlarından istifadə olunub.
***
Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlimatında deyilir.
Bildirilir ki, hadisə ilə bağlı "112" qaynar telefon xəttinə və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.