RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin: "Əgər bu baş versə, biz onların hələ vurulmamış obyektlərini də vuracağıq"

Rusiya Prezidenti deyib ki, Qərbin raket buraxılış sistemləri Sovet, Rusiya istehsalı olan "Qrad", "Smerç", "Uraqan" sistemlərinin oxşarıdır.
Sputnik
BAKI, 5iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynanı yeni reaktiv yaylım atəşi sistemləri ilə təmin etmək qərarını şərh edərkən deyib ki, burada yeni heç nə yoxdur. Bu barədə o "Rossiya 1" kanalında yayımlanmış Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Sovet və Rusiya istehsalı olan oxşar sistemlər artıq Ukrayna ordusunda istifadə olunur:

"Burada yeni heç nə yoxdur. Birincisi, bu çoxsaylı raket buraxılış sistemləri Sovet, Rusiya istehsalı olan "Qrad", "Smerç", "Uraqan" oxşardır və çoxdandır Ukrayna ordusunda istifadə olunur".

O qeyd edib ki, Rusiyada Ukraynaya 45-70 kilometr mənzilli raketlərin tədarükünün nəzərdə tutulması barədə məlumat var.
“Yaxşı, eyni şey o qeyd etdiyim "Qrad"lar, "Smerç"lər, "Tornado"larla da mümkündür – onların da 40-70 kilometr uçuş məsafəsi var, yeni heç nə yoxdur”, - Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Vaşinqton Kiyevə uzaqmənzilli raketlər tədarük etsə, Rusiya hələ vurulmamış obyektlərə zərbələr endirmək barədə öz nəticəsini çıxaracaq.
9К58 "Smerç" reaktiv yaylım atəşi sistemi
"Bəli, əgər onlar verilirsə və veriləcəksə, biz bundan müvafiq nəticə çıxarıb, hələ də vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə olan kifayət qədər silahımızdan istifadə edəcəyik", - deyə Putin bildirib.
Bundan əvvəl ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunmamaq şərti ilə "HIMARS" reaktiv yaylım atəşi sistemlərinin Ukraynaya tədarükü ilə bağlı razılaşmanı elan edib. Vladimir Zelenski Kiyevin bu tələbə əməl edəcəyini açıq şəkildə təsdiqləyib.
Eyni zamanda, Ukrayna Ali Radasının deputatı Yeqor Çernev ABŞ-ın verdiyi raketlərin Rusiya ərazisinə endirilməsini istisna etməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin ABŞ-ın Rusiya Federasiyasına qarşı verdiyi silahlardan istifadə etməməsi ilə bağlı sözlərini şərh edərkən deyib ki, Zelenskidən sonra Rusiyanın Ukrayna tərəfinə etimadı yoxdur. O, Donbassdakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı verdiyi vədlərin heç birinə əməl etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.