BAKI, 5 iyun - Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı “Pion” 203 mm-lik özüyeriyən artilleriya qurğularının döyüş faliyyətini əks etdirən kadrları yayıb.
Videoda 2S7 "Pion" yüksək güclü özüyeriyən topun doldurulması və Ukrayna hərbçilərinin mövqelərinə atəş açması əks olunub. Kadrlarda bu çaplı "Pion" və digər silahların özəlliyi nümayiş etdirilir - onların ayrıca mərmi yükləyicisi var, yəni atılan mərmi silaha patron qutusuna deyil, bir silindrik başlıqlarda yüklənir. Kadrlardan görünür ki, mərmidən sonra topa iki mərmi başlığı qoyulur.
“Xüsusi hərbi əməliyyat zamanı “Pion” özüyeriyən artilleriya qurğularının ekipajları düşmənin mövqelərinin yerini aşkar edərək, uzaq məsafədən təyin olunmuş hədəflərə dəqiq zərbələr endiriblər. Ukrayna Silahlı Qüvvələrinin, meşədə möhkəmləndirib”, - Müdafiə Nazirliyi bildirib.
Rusiya MN-dən bildirilib ki, 203 mm-lik "Pion" özüyeriyən toplarının ekipajları 30 kilometrə qədər məsafədə yüksək partlayıcı parçalanma mərmiləri ilə qapalı atəş mövqelərindən atışlar həyata keçiriblər.
Atışdən sonra batareya cavab zərbəsi ehtimalını azaltmaq üçün ehtiyat mövqelərə keçir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.