HƏRBİ

Ordumuzun ötən həftəsi

Nazirliyin materialında müxtəlif qoşun növlərinin döyüş hazırlığı barədə video-məlumatlar əksini tapıb.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoçarxı təqdim edib.
Materialda müxtəlif qoşun növlərinin ötən həftə paytaxtda keçirilmiş "Teknofest"-də iştirakı, Konado hazırlıq kursları, dəniz piyadalarının təlimləri, quru qoşunlarının döyüş atışı təlimləri, hərbi topoqrafların hazırlığı, hərbi tibbi təlimlər və sair barədə görüntülər yer alıb.
Nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.