FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünyada baş verən ən maraqlı hadisələr fotolarda

Həftə ərzində reportyorların kameralarına tuş gələn ən parlaq kadrlara Sputnik Azərbaycan-da baxın.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Bu həftə də müxtəlif hadisələrlə zəngin olub. Ənənəvi olaraq, Sputnik Azərbaycan həftənin maraqlı fotoşəkillərini oxuculara təqdim edir.
1 / 20

Filippinli aktrisa Hart Evangelista 75-ci Kann Film Festivalı zamanı.

2 / 20

"Real Madrid"in futbolçusu Luka Modriç Fransanın Sen-Deni şəhərində Çempionlar Liqasının final matçındakı qələbəsini qeyd edir.

3 / 20

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin əməkdaşı Mariupol küçələrinin birində zədələnmiş avtomobili kranla qoşquya yükləyir.

4 / 20

Britaniya şahzadəsi Çarlz yubiley çay rəqsi zamanı Bricit Tibbslə rəqs edir, İngiltərə.

5 / 20

Braziliyanın Jardim-Monte-Verde icmasında evləri uçuran torpaq sürüşməsi.

6 / 20

İraqın Bəsrə şəhərində oğlanlar köhnə dağıntılardan tullanırlar.

7 / 20

Qüdsün Köhnə şəhərində fələstinlilərlə yəhudi gənclər arasında toqquşma.

8 / 20

Şri-Lankada ölkədəki dağıdıcı iqtisadi böhrana görə prezidentin istefası tələbi ilə hökumət əleyhinə etirazlar.

9 / 20

Zəvvarlar İspaniyanın illik həcc ziyarəti zamanı Donana milli parkındakı El-Rosio ziyarətgahına gedərkən Qvadalkvivir çayını keçirlər.

10 / 20

Almaniyanın Frankfurt şəhərində qatar parkda ağacların yanından keçir.

11 / 20

Zabit ciddi karantin rejimi bitdikdən sonra 1 iyun 2022-ci ildə Şanxayın Çzinyan rayonunda yol nizamlayıcısının şəkillərini çəkir.

12 / 20

Dubayda ilk it kafesi olan Happy Bark Day-ın sahibəsi müştərilərindən birinə xidmət göstərir.

13 / 20

Tokiodakı Shibuya Sky baxış meydançasında.

14 / 20

Lido kabare rəqqasları və həmkarlar ittifaqı üzvləri Parisdəki Yelisey meydanında iş yerlərini qorumaq üçün nümayiş keçirirlər.

15 / 20

Texas ştatının Uvalde şəhər ibtidai məktəbində atışma qurbanlarının xatirəsinə şəhər meydanında ucaldılmış abidə.

16 / 20

Müsəlman tələbələr Nottingemşir Kral Mühəndisləri Orkestri üzvlərinin Cakartadakı müsəlman internat məktəbinə səfəri zamanı mərasimdə iştirak edirlər.

17 / 20

Misirin Sakkara nekropolundakı Bubastian qəbiristanlığında arxeoloqlar tərəfindən aşkar edilmiş ən böyük mumiya və heykəllər anbarından sarkofaqlar.

18 / 20

Sialiy quşunun balaları atalarından yemək istəyirlər.

19 / 20

Hindistanın Cammu şəhərində meyvə satıcısı yağışdan gizlənir.

20 / 20

Karenni milli müdafiə Qüvvələrinin qadın batalyonu Myanma meşəsində təlim keçir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.