BAKI, 3 iyun — Sputnik. "Biz hər zaman vasitəçilik funksiyası ilə çıxış edən, öz səylərini təklif edən ölkələrə, siyasi xadimlərə, dövlət başçılarına minnətdarıq". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Türkiyə Prezidentinin rəsmi Moskva, Kiyev və BMT arasında görüşün İstanbulda keçirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.
"Biz istənilən şəraitdə sülhlə bağlı istənilən vasitəçilik istəyinə görə minnətdarıq. Bu, bir çox ölkələrin öz qanunlarına, ənənələrinə zidd olaraq hərəkət etməsi və ya aqressiv ritorika ənənələrini davam etdirməsi və sülh yolu ilə nizamlanmadan, istənilən diplomatik cəhdlərdən imtina etməsi fonunda xüsusi əhəmiyyət kəsb edir", - o bildirib.
M.Zaxarova həmçinin qeyd edib ki, vasitəçiliklə bağlı istənilən fikir hər zaman dəyərlidir:
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil etməyi təklif etmişdi.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.