BAKI, 3 iyun — Sputnik. Ukrayna ordusu ABŞ-ın verdiyi silahlardan mülki əhaliyə qarşı istifadə edir, Vaşinqton buna cavab verməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"İndi ukraynalı neonasistlər ABŞ-ın tədarük etdiyi və onun təzyiqi altında dinc əhaliyə qarşı məhz bu silahdan fəal şəkildə istifadə edirlər. Onlar mülki əhalinin, ən pisi isə uşaq və yeniyetmələrin həyatını nəzərə almırlar. Üstəlik, 2014-cü ildən bəri atəş zonasından kənarda qalan Donetsk məhəllələrinə zərbələr qəsdən endirilir", - Zaxarova cümə günü keçirdiyi brifinqdə bildirib.
O vurğulayıb ki, bu, Vaşinqtonun mütləq cavab verməli olduğu real məlumatlardır.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.