BAKI, 3 iyun - Sputnik. Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb.
“C” divizionunun üçüncü qrupunun ilk oyununda Canni De Byazinin komandası səfərdə Qazaxıstan millisinə 0:2 hesabı ilə uduzub.
İlk hissədə azərbaycanlı futbolçular rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaratsalar da, onları reallaşdıra bilməyiblər.
İkinci hissənin əvvəlində isə meydan sahibləri Şəhrudin Məhəmmədəliyevin qapısına iki dəfə zərbə endirib. Abat Aymbetov 50 və 60-cı dəqiqələrdə dubla imza atıb.
Beləliklə, Azərbaycan komandası UEFA Millətlər Liqasının növbəti püşkatma mərasiminə məğlubiyyətlə başlayıb və indiyədək üçüncü qrupda sonuncu pillədə qərarlaşıb.
Qrupun digər oyununda Slovakiya və Belarus milliləri üz-üzə gələcək. De Biazinin yetirmələri də növbəti oyununu səfərdə bazar ertəsi, iyunun 6-da Belarus komandasına qarşı keçirəcək.
Qarşılaşma Serbiyanın Novi Sad şəhərində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.